“WhatsApp”da yenilik: Vacib funksiya dəyişdirilir 

TEXNO
15:30 / 26.04.2021
1441

“WhatsApp” messencerinin tərtibatçıları mesajların avtomatik silinməsi seçiminin dəyişdirilməsi üzərində işləyirlər.

Bu barədə “WABetaInfo” məlumat verir.

İstifadəçilərə mesajları göndərdikdən 24 saat sonra avtomatik olaraq silmək seçimi təklif ediləcək. Xüsusiyyət həm tək, həm də qrup söhbətlərində mövcud olacaq.

Yeni funksiya hələ ki, beta sınaq mərhələsindədir.

Hazırda “WhatsApp” tənzimləmərində mesajı yalnız yeddi gündən sonra avtomatik silmək funksiyasını seçmək mümkündür. İsmarıc həm göndərəndən, həm də alıcıdan silinir.

 

1
oxu.az