2023-cü ilin ən yaxşı smartfon istehsalçıları - SİYAHI

TEXNO
20:20 / 31.05.2023
1534

Cənubi Koreyanın "Samsung" şirkətinin lider olduğu ən yaxşı mobil cihaz istehsalçılarının reytinqi yayımlanıb.

HİT.az xəbər verir ki, reytinq siyahısnı "SlashGear İT" portalının redaktorları tərtib edib.

Jurnalistlər liderin seçimini onunla izah ediblər ki, məhz "Galaxy" seriyasından olan "Samsung" smartfonları ən qabaqcıl texnoloji həlləri və innovativ dizaynı birləşdirməyi çox yaxşı bacarıb. Bu modellər həm gündəlik işlərə, həm oyunlara, həm də qabaqcıl kamera sistemlərinə uyğun bazarda ən yaxşı displeylərə malikdir.

"Samsung"dan sonra ikinci yeri əfsanəvi "iPhone"ları ilə Amerika elektronika istehsalçısı "Apple" tutur. Bu smartfonlar müstəsna dizaynı, qabaqcıl xüsusiyyətləri və xüsusi iOS əməliyyat sistemi ilə tanınır.

Müasir Pixel cihazları axtarış nəhəngi "Google"u bu reytinqdə üçüncü yerə çıxarıb. Müəlliflər iddia edirlər ki, rəqiblərdən heç biri “puluna görə” kamera və proqram təminatı baxımından “Google telefonları” ilə rəqabət apara bilməz. Pixel modelləri beş ilədək yeniləmələri qəbul edə və bununla da uzun müddət aktuallığını qoruyub saxlaya bilər

Sonrakı yerlərdə "OnePlus", "Motorola", "Asus", "Sony", "Xiaomi", "Vivo" və "Huawei" markaları gəlir.

Samir

0