"Samsung" bu modelin hər telefon satışından 700 dollar qazanır

TEXNO
14:54 / 05.06.2023
1624

"Galaxy S23 Ultra Samsung"un ən son flaqmanıdır və bazarda ən müasir smartfonlardan biridir. Onun ilkin qiyməti 1199 dollar müəyyən edilib. Amma istifadəçilər şirkətin qiymət etiketini xeyli yüksəltdiyini düşünürlər. Mütəxəssislər bunun belə olub-olmadığını müəyyən ediblər.

HİT.az xəbər verir ki, "Counterpoint Research" tədqiqat şirkəti "Galaxy S23 Ultra"nı sökərək cihazın və onun hər bir komponentinin qiymətini hesablayıb. Məlum olub ki, bir "Galaxy S23 Ultra" "Samsung" şirkətinə 469 dollara başa gəlir. Yəni şirkət satılan hər smartfondan 700 dollardan çox gəlir götürü. Lakin bu, əlbəttə ki, reklam, logistika və s. daxil olmaqla bir çox amilləri nəzərə almadan aparılan hesablamadır.

"Snapdragon 8 Gen 2" prosessoru və rabitə modulları, o cümlədən 5G, Wi-Fi və "Bluetooth" modulları flaqmanın istehsal qiymətinin 1/3-dən çoxunu təşkil edir. Xərclərə görə ikinci yerdə displey (84 dollar), kameralar (65 dollar) və yaddaş (51 dollar) gəlir.

Məlumdur ki, "Samsung" öz smartfonunun istehsalında cəmi 33% iştirak edir, qalan 67% isə digər şirkətlərin texnologiyasıdır. 

Müqayisə üçün qeyd edək ki, "Counterpoint Research"in məlumatına görə, "Xiaomi 12S Ultra"nın qiyməti 516 dollar, smartfonun bazar dəyəri 899 dollardır. Alıcı 383 dollar artıq xərcləyir ki, bu da "Galaxy S23 Ultra" üçün artıq ödənişdən 347 dollar azdır.

Samir

0