Azərbaycana idxal olunan smartfonların sayı açıqlandı

TEXNO
15:45 / 07.06.2023
1627

2023-cü ilin yanvar-mart aylarında Azərbaycana 74 milyon 63.55 min dollar dəyərində 261 min 918 ədəd smartfon idxal edilib.

Bu barədə HİT.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, Azərbaycana idxal olunan smartfonların 168 min 735 ədədi (64.4%-i) Çindən, 25 min 680 ədədi (9.8%-i) Hindistandan, 67 min 207 ədədi (25.7%) isə Vyetnamdan idxal edilib.

0