Azərbaycanda telefon və kompüter qiymətləri niyə bahadır? - AÇIQLAMA

TEXNO
17:43 / 08.06.2023
1810

Azərbaycanda telefonların qiymətinin çox baha olması hər zaman alıcıları narahat edir.

Ölkəmizdəki satışda olan telefonların ən son modelləri alıcılara çox baha qiymətə təklif olunur. Hazırda Azərbaycanda avtomobil qiymətinə telefonların satışda olduğuna hər birimiz rast gəlirik. Üstəlik, bunu sadəcə telefonlara da aid etmək olmaz. Noutbuk və kompüterlərin də qiymətləri kifayət qədər yüksəkdir. Bu isə təbii ki, vətəndaşları narahat edir.

Ümumiyyətlə, sözügedən elektron avadanlıqların qiymətlərinin belə yüksək olmasına səbəb nədir? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elmir Səfərli bildirib ki, Azərbaycanda nəinki mobil telefon və kompüterlər, bütün texnoloji avadanlıqların istehsal olunmaması və birmənalı olaraq idxala bağlı olmağımız qiymətlərin baha olmasının əsas səbəbidir:

327631

"Belə ki, həmin elektron avadanlıqların xarici ölkədə istehsal və satış dəyəri var. Biz həmin topdansatış qiymətlə o məhsulları əldə edirik, üstəgəl ona nəqliyyat qiymətləri, gömrük xərcləri əlavə olunur. Bununla da Azərbaycana gətirilən məhsulun qiymətinin təxminən 50-60 faizə qədərini də xərclər formalaşdırır. Həmçinin, sözügedən məhsul ölkəyə gətiriləndən sonra da buradakı şirkətin xərclərini, qazancını və gəlir marjasını nəzərə aldıqda insanlara təklif olunan qiymət avtomatik olaraq bahalaşır".

Ekspert bunun qarşısını almaq üçün atılacaq addımları da diqqətə çatdırıb:

"Birinci növbədə gömrük rüsumlarını azaltmalıyıq. İkinci növbədə isə elektron avadanlıqların istehsalı ilə məşğul olan şirkətlərin, müəssisələrin  Azərbaycandan ən azından montaj fabrikasının qurulmasını tövsiyə edirik. Nəzərdə tuturam ki, onda həmin məhsulların Azərbaycandakı satış qiymətləri indikindən daha ucuz olacaq".

Pərviz

0