150 dollardan ucuz ala biləcəyiniz ən yaxşı 5 smartfon - SİYAHI

TEXNO
11:44 / 16.06.2023
2163

"Gizchina" portalı hazırda 150 dollardan ucuz satılan beş Android telefonu seçib.

HİT.az xəbər verir ki, siyahıya "Redmi", "Poco", "Motorola", "OnePlus", eləcə də daha az tanınan "Doogee" modelləri daxildir.

"Redmi Note 12" 2023-cü ildə 150 dollardan aşağı qiymətə satılan 120 Hz tezlikli AMOLED ekran, güclü Snapdragon 685 prosessoru və 50+8+2 MP-lik üçlü kamera ilə öyünə bilən ideal az büdcəli smartfondur.

İkinci yerdə qərarlaşan "MediaTek Helio G95" çipinə əsaslanan "Poco M5" qərarlaşıb. O, "Redmi Note 12"dən fərqli olaraq LCD ekrana malikdir və kadr tezliyi cəmi 90 Hz-dir. Lakin onun "dəri altında" fakturalı arxa qapağı və IP53 sinfinə uyğun müdafiəsi var.

Android 13-ün yeni versiyasını qutudan çıxaran "Moto G13" ilk "üçlüy"ə daxil olan az büdcəli model sayılır. Şarj baxımından fövqəladə bir fərqlilik yoxdur, amma 50+2+2 MP əsas kamera və 5000 mAh batareya təklif edir.

Dördüncü və beşinci yerləri "Doogee" və "OnePlus" cihazları tutur. Bu yaxınlarda satışa çıxarılan "Doogee N50" 6,5 düymlük ekrana, Unisoc Tiger T606 çipsetinə və 50 MP əsas kameraya malikdir. "OnePlus Nord N20 SE"yə gəlincə, o, 33W sürətli enerji doldurma və ikili dinamiklərə sahibdir.

Samir

 

0