"Apple" texnologiyası bütün dünya hökumətləri üçün təhlükədir - Prezident

TEXNO
13:13 / 31.07.2023
1881

Cənubi Afrika Respublikası (CAR) prezidentinin kibertəhlükəsizlik üzrə müşaviri Cozef Pu deyib ki, hökumət nümayəndələri "Apple" cihazlarından istifadəni dayandırmalıdır. 

HİT.az xəbər verir ki, onun fikrincə, hökumət nümayəndələrinə “iPhone” və “iPad”lərlə gəzməyə icazə verilməməli, ölkə prezidentləri isə bir anda bir neçə “Apple” cihazının əhatəsində olmamalıdır.

“Onlar heç də təhlükəsiz deyillər. Bu texnologiyanı sındırmaq asandır, onun vasitəsilə prezidentin ofisinə, istənilən dövlət idarəsinə daxil olmaq asandır”, deyə Cozef Pu bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanını bir neçə nazirliyində və digər dövlət qurumunda "iPhone"dan istifadə qadağan olunub. 

Samir

0