Saniyədə 3 yeni sayt açılır - ŞOK RƏQƏMLƏR

TEXNO
14:35 / 07.08.2023
2230

Dünyada hər saniyədə 3 yeni internet saytının fəaliyyətə başladığı məlum olub.

HİT.az xəbər verir ki, hazırda mövcud olan internet saytlarının sayı 1 milyardı ötüb.

İnternetin yaranmasından sonra keçən 32 il ərzində 1 milyard 106 milyon 671 min 903 internet saytının açılması olduqca diqqət çəkib.

Hazırda bu internet saytlarının 18 faizi (201 milyon 898 min 446) aktiv istifadə edildiyi halda, 82 faizi aktiv istifadə olunmur.

Statistikalar göstərir ki, gündə 252 min yeni internet saytı açılır. Bu rəqəm saatda 10 min 500, dəqiqədə 175, saniyədə isə 3-dür.

Qeyd edək ki, dünyada ən çox ziyarət olunan saytlar "google.com", “youtube.com”, “facebook.com”, “instagram.com” və “twitter.com”dur. 

Maraq üçün əlavə edək ki, internet istifadəçiləri hər ziyarətlərində sözügedən saytlarda ortalama bu qədər vaxt keçirir: "Youtube" - 20 dəqiqə 25 saniyə, "Google" - 10 dəqiqə 38 saniyə, "Facebook" - 10 dəqiqə 43 saniyə, "Instagram" - 8 dəqiqə 22 saniyə, "Twitter" - 10 dəqiqə 47 saniyə.

Pərviz

0