iPhone 15 bu qiymətə olacaq - Məbləğ açıqlandı

TEXNO
23:08 / 31.08.2023
3039

Xəbər verdiyimiz kimi, yeni "iPhone" 15 də daxil olmaqla, "Apple"-dan bir sıra yeni cihazların təqdimatı bu ilin sentyabr ayının ortalarında Kaliforniyanın Kupertino şəhərində keçiriləcək.

Publika.az xəbər verir ki, "Apple" şirkətinin məhsullarının təqdimatı 12 sentyabr çərşənbə axşamı günü "Apple"-ın qərargahındakı Stiv Cobs Teatrında baş tutacaq.

Məlumata görə, iPhone 15-in qiyməti 3800 AZN-dən başlayacaq. 2023-cü ilin ən bahalı iPhone modeli olan iPhone 15 Pro Max 5400 AZN-dən başlayan qiymətə satılacaq.

0