"WhatsApp"a reklamlar gəlir? - Bu ehtimal böyük müzakirələrə səbəb oldu

TEXNO
08:49 / 18.09.2023
2983

"Facebook"un ana şirkəti dünyanın ən məşhur mesajlaşma xidmətindən pul qazanmağa çalışarkən, "Meta" komandaları ilk dəfə "WhatsApp"da reklamların göstərilib-göstərilməməsi ilə bağlı müzakirələr aparır.

HİT.az xəbər verir ki, mövzuya bələd olan üç mənbənin sözlərinə görə, bu görüşlərdə "WhatsApp"ın söhbət siyahısında reklamların göstərilməsinin mümkünlüyü qiymətləndirilir. Lakin bununla bağlı hələlik yekun qərarın verilmədiyi bildirilir.

Ancaq bu iddia dərc edildikdən sonra "WhatsApp"ın qurucularından biri və "Meta"da tətbiqin rəhbəri Uill Katkart X hesabından bir paylaşımla "Financial Times"ın xəbərini təkzib edib və belə bir müzakirə aparmadıqlarını bildirib.

Ancaq maraqlısı budur ki, "WhatsApp" sözçüsü FT-nin sözügedən xəbərlə bağlı sualına belə bir söhbətin baş verdiyini inkar etməyib: “Bizim şirkətimizdə kiminsə etdiyi hər bir söhbəti açıqlaya bilmərik, amma biz bunu sınaqdan keçirmirik, bunun üzərində işləmirik və bu, qətiyyən planımızda yoxdur".

Müzakirələrlə tanış olan bir mənbə problemin belə bir qərarın istifadəçiləri özündən uzaqlaşdıracağı ilə bağlı narahatlıqlarına görə şirkət daxilində yüksək səviyyəli müzakirələrə səbəb olması olduğunu bildirib.

Müzakirə olunan başqa bir mövzu, tətbiqdən reklamsız istifadə etmək üçün abunə haqqının tutulmasıdır, lakin bir çox insayder hətta belə bir hərəkətin mümkünlüyünə qəti şəkildə qarşıdır.

Bu müzakirələrin necə bitəcəyi hələ bəlli deyil, amma "Meta"nın reklamsız həyatını davam etdirən "WhatsApp"dan gəlir əldə etmək istədiyi açıq-aydın görünür. İnvestorlar şirkətin virtual reallıq və "Metaverse"ə milyardlarla dollar xərcləməsindən narahatdırlar və "Meta" makroiqtisadi qeyri-müəyyənlik dövründə zərbə vuran reklam gəlirlərini artırmaq üçün çalışır.

On minlərlə insanı da işdən çıxaran "Meta" "məhsuldarlıq ili" adlandırdığı bu ildə verdiyi bu xoşagəlməz qərardan sonra iyul ayında 2021-ci ildən bəri ilk dəfə iki rəqəmli gəlir artımını açıqlayıb. İlin ikinci rübündə əldə edilən 31,5 milyard dolların böyük hissəsi reklamdan əldə olunub.

"Billion Dollar Boy" reklam agentliyinin baş meneceri Ed East "WhatsApp"da reklamla bağlı şübhəsiz ki, çoxlu imkanlar var" deyib və marketinq qrupları üçün çox cəlbedici görünən belə bir planın çox yaxşı olacağının vurğulayıb. 

Amma başqa reklam yolları da var. Daimi istifadəçiləri arasında 200 milyon kiçik biznesi əhatə edən "WhatsApp" bu yaxınlarda bizneslərə marketinq mesajlarını almağa razı olan istifadəçilərə birbaşa "WhatsApp" daxilindən göndərməyə imkan verən funksiyanı da sınaqdan keçirib.

Əslində, bu yeni funksiya tətbiq edildikdə, "WhatsApp" istifadəçiləri dostları və qohumları ilə söhbətləri zamanı "almağa razılaşdıqları" reklam və məzmunu görəcəklər.

"Plana əsasən, reklamlar "Facebook Messenger"dəki söhbətlər və "Gmail"dəki e-poçtlar arasındakı interfeysdə reklamların kəsişməsinə bənzəyəcək", deyə daxili müzakirələrdən yaxından məlumatlı bir şəxs bildirib. Çat söhbətlərində reklamlar görünməyəcək.

Bəzi yüksək səviyyəli rəhbərlər bu modelə əməl etməyin "WhatsApp" təcrübəsini pisləşdirəcəyindən və istifadəçilərin proqramdan imtina edərək digər pulsuz seçimlərə müraciət edəcəyindən narahatdırlar. Data.ai mobil tətbiq analitikinin hesablamalarına görə, aylıq 2,23 milyard aktiv istifadəçisi olan "WhatsApp" "Instagram" və "Facebook Messenger"dən daha populyar bir tətbiqdir.

Samir

0