"Xiaomi"nin ilk avtomobili belə olacaq - FOTOLAR

TEXNO
11:53 / 16.11.2023
2676

Çinin "Xiaomi" şirkəti ilk avtomobilini istehsal etməyə hazırlaşır.

HİT.az xəbər verir ki, elektromobil barədə məlumatlar bəlli olmağa başlayıb.

"Xiaomi"nin bazara çıxarmağa hazırlaşdığı avtomobil artıq Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumat bazasında da qeyd olunub. Məlumata əsasən, sözügedən model "SU7" adlanacaq. Daha sonra isə həmin avtomobilin "SU7 Pro" və "SU7 Pro Max" modelləri də istehsal olunacaq. Avtomobil tək mühərrikli və iki mühərrikli varianta sahib olacaq. 

Qeyd edək ki, "Xiaomi" rəsmiləri 2024-cü ildə sektorda lider olmağı hədəfləyirlər.

Pərviz

0