"Kriptovalyutalarla bağlı proqnoz verənlər şarlatandır" - İqtisadçıdan ŞOK SÖZLƏR

TEXNO
16:16 / 07.03.2024
1704

"Əgər kimsə hansısa kriptovalyutanın və ya səhmin digərlərindən daha sürətlə bahalaşacağı barədə proqnoz versə bilin ki, şarlatandır".

Bu sözləri iqtisadçı ekspert Elçin Rəşidov Hit.az-a açıqlamasında deyib.

O söyləyib ki, belə proqnozların verilməsi iqtisadi qanunlara ziddir:

"Kimsə bu barədə dəqiq proqnoz verə bilirsə, onda özü milyarder olmalıdır. Çünki nələrin qiymətinin bahalaşacağını bilərək çox qısa müddətdə kiçik bir məbləği milyarda çatdırmaq olar. Əgər proqnozu verən adam özü bunu etməyibsə, deməli, heç bir əsası olmayan sözlər deyir. 

Hətta belə proqnoz verənlərin dediklərindən bir neçəsi düz çıxanda sabah haqlı olduqlarını deyirlər. Amma düz çıxmayan proqnozlarını isə gizlədirlər. Buna görə də onları şarlatan adlandırıram".

345278

Ekspertin sözlərinə görə, kriptovalyuta ilə bağlı proqnozların iqtisadiyyata aid deyil:

"Əslində kriptovalyuta bazarının yaranma səbəbləri, gələcəyi, iqtisadiyyat üçün faydaları və rolundan bəhs edə bilərik. Onun pul sistemini necə əvəz etməsi, dünyanın mərkəzi banklarının buna münasibəti, kriptovalyuta ilə aparılan ticarətə nəzarət oluna bilməsi iqtisadiyyata aiddir. 

Bundan başqa, kriptovalyutanın qlobal iqtisadiyyatın həcminin artmasına, azalmasına və yaxud da yaratdığı risklər barədə danışa bilərik. Bütün bunlar iqtisadi mövzulardır. Amma hansı kriptovalyutaların qiymətinin bahalaşacağı ilə bağlı proqnozlar iqtisadiyyat deyil. Bu barədə sadəcə olaraq insanları aldatmaq istəyən şarlatanlar danışırlar".

Pərviz

0