Türkiyənin Bolu vilayətində həyata keçirilən sosial məsuliyyət layihələri texnoloji imkanlardan istifadə edərək həssas qrupların həyatını asanlaşdırmağa davam edir.
HİT.az xəbər verir ki, yerli idarəetmə orqanları tərəfindən koordinasiya edilən işlərin son ünvanı Yeniçağa rayonu olub.
Alzheimer diaqnozu qoyulmuş şəxslərin təhlükəsizliyini artırmaq məqsədilə yeni addım atılıb. Kemaller kəndində yaşayan bir vətəndaşın qoluna izləmə funksiyalı xüsusi ağıllı saat taxılıb və beləliklə yeni sistem tətbiq olunub.
Sistem sadəcə adi GPS izləmə ilə məhdudlaşmır. Burada əsas prinsip ev ətrafında 200 metrlik “virtual təhlükəsiz zona” yaradılmasıdır. Əgər xəstə bu sərhədi keçərsə, sistem avtomatik olaraq onun qızının telefonuna xəbərdarlıq mesajı göndərir. Bu üsulla mümkün itkin hallarının baş vermədən qarşısının alınması nəzərdə tutulur.
Bolu Valiliyi bu tip sosial dəstəkli təhlükəsizlik modellərinin gələcəkdə daha da genişləndiriləcəyini açıqlayıb. Layihənin əsas məqsədi risk qrupuna daxil olan şəxslərin təhlükəsizliyini artırmaq və ehtiyac yarandıqda müdaxilə müddətini qısaltmaqdır.
Samir


