Keçən ilin ən çox satılan avtomobilləri hansılardır? - SİYAHI 

AVTO
12:04 / 04.04.2024
1327

2023-cü ilin ən çox satılan avtomobil markaları bəlli olub.

Hit.az xəbər verir ki, bu barədə "Car Industry Analysis" məlumat yayıb.

Keçən ilin ən çox satılan avtomobil brendi "Toyota" olub. Yaponiya nəhəngi 2023-cü ildə 9 milyon 483 min 173 ədəd avtomobil satıb. İkinci sırada isə 5 milyon 276 min 200 ədədlə Almaniyanın "Volkswagen" markası olub. 

Ötən ilin ən çox satılan avtomobil markalarının ümumi siyahısı isə belədir:

1. "Toyota" - 9 milyon 483 min 173
2. "Volkswagen" - 5 milyon 276 min 200
3. "Ford" - 4 milyon 246 min
4. "Hyundai" - 3 milyon 993 min 179
5. "Honda" - 3 milyon 854 min
6. "Nissan" - 3 milyon 290 min 271
7. "Kia" - 3 milyon 87 min 384
8. "Suzuki" - 3 milyon 72 min 824
9. "BYD" - 2 milyon 885 min 066
10. "Chevrolet" - 2 milyon 790 min

Pərviz

0