2026-cı ilin ilk yeddi ayında, yanvar-iyul dövründə Almaniyada 1 747 512 yeni avtomobil satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çoxdur.
HİT.az xəbər verir ki, bu barədə "Focus2Move" yazıb.
Aparıcı markaların satış dinamikasında ciddi fərqlər müşahidə olunur. "Volkswagen" modellərindən "T-Roc", "Tiguan" və "Passat" satışlarında kəskin azalma qeydə alınarkən, yeni elektrikli modellərdən "Volkswagen ID.3" əksinə, əhəmiyyətli artım göstərib.
Reytinqdə ilk onluğa daxil olmayan bəzi modellərin satışlarında isə sürətli artım müşahidə edilib. "Tesla Model Y" satışlarını 188,1 faiz artırıb. "Mercedes CLA" 153,5 faiz, "Skoda Elroq" 101,1 faiz, "BMW X3" isə 99,1 faiz artım göstərib.
İlk onluğa nəzər saldıqda, "Volkswagen" modellərinin üstünlüyü diqqət çəkir. Alman istehsalçısının üç modeli ilk üç pillədə qərarlaşıb.
Siyahıya gözlənildiyi kimi "Volkswagen Golf" başçılıq edir. Uzun illərdir istehsal olunan model Almaniyada ən çox seçilən avtomobillərdən biri olaraq qalır. Hesabat dövründə "Golf" satışlarını 5,7 faiz artırıb.
Almaniyada ən populyar avtomobillərin siyahısı belədir:
1. "Volkswagen Golf" – 5,7 faiz artım
2. "Volkswagen T-Roc" – 19,7 faiz azalma
3. "Volkswagen Tiguan" – 12,8 faiz azalma
4. "BMW X1" – 9,1 faiz artım
5. "Skoda Octavia" – 5,3 faiz artım
6. "Opel Corsa" – 2,8 faiz artım
7. "Mercedes GLC" – 25,6 faiz artım
8. "Mini" – 35 faiz artım
9. "BMW X3" – 99,1 faiz artım
10. "Audi A6" – 15,3 faiz artım
Samir


