Avropa Komissiyası Aİ ölkələrinin hökumətlərini dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi üçün istifadəsini təsdiqləməyə razı salacaq təklifləri yenidən müzakirə etməyə başlayıb.
Tiraj.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Oxşar cəhdə daha əvvəl Rusiya Mərkəzi Bankının aktivlərinin böyük hissəsinin yerləşdiyi Belçika mane olub. Belçika hökuməti və onun müttəfiqləri Rusiya Federasiyasının hüquqi cavab tədbirləri görəcəyi təqdirdə risklərin bölüşdürülməsinə dair kifayət qədər təminatların olmadığını əsas gətiriblər.
Avropa Komissiyası Belçika üçün daha məqbul ola biləcək variantlar təklif etməyi planlaşdırır. Bununla belə, FT qeyd edir ki, hələlik yeni qərarlar yoxdur və müzakirə olunan bütün yanaşmalar konsensusdan uzaqdır.
Belçika tərəfi bildirib ki, onun mövqeyi dəyişməyib və dondurulmuş Rusiya aktivləri ilə bağlı istənilən təklif “həm aktivləri, həm də “Euroclear” depozitarının və Belçikanın öhdəliklərini əhatə edən tam və hüquqi baxımdan qüsursuz həll” nəzərdə tutmalıdır.
Ukraynada xüsusi hərbi əməliyyatın başlamasından sonra Avropa İttifaqı və G7 ölkələri Rusiyaya məxsus təxminən 300 milyard avro dəyərində aktivləri dondurub. Vəsaitlərin böyük hissəsi Belçikadakı “Euroclear” depozitarında saxlanılır.
Belçika bu aktivlərdən istifadəyə qadağa qoyub, çünki onların Rusiyaya mümkün qaytarılması ilə bağlı riskləri təkbaşına öz üzərinə götürmək istəmir. Bununla belə, Avropa İttifaqı artıq dondurulmuş Rusiya aktivlərindən əldə olunan vəsait hesabına Ukraynanı qismən maliyyələşdirib.
Samir


