"Suzuki"nin elektromobili təqdim olundu - SATIŞ TARİXİ

AVTO
13:02 / 05.11.2024
541

Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Suzuki" ilk elektromobilini təqdim edib.

Hit.az xəbər verir ki, "eVitara" adlı model Hindistanda istehsal olunacaq.

Sözügedən avtomobil iki fərqli batareya ilə təklif olunacaq. Biri 49 kVt/saat, digəri isə 61 kVt/saat. Modellərdən biri 142, digəri isə 172 at gücündə olacaq. Bundan başqa, xüsusi dördtəkərli versiyada isə əlavə arxa mühərriklə güc çıxışı 181 at gücünə qədər artacaq. "eVitara"ın uzunluğu 4275 millimetr və eni 200 millimetrdir. Avtomobil həm də geniş salona malikdir. 

Qeyd edək ki, "eVitara"nın "Suzuki"nin Hindistandakı zavodunda 2025-ci ilin yaz aylarında kütləvi istehsalına başlanılacaq. Həmçinin, Avropa, Hindistan və Yaponiyadakı satışlar isə 2025-ci ilin yayında başlayacaq. 

Pərviz

0