Azərbaycanda 95 minə “BYD” satılır - FOTOLAR

AVTO
21:00 / 30.09.2026
63

Azərbaycanda satışa çıxarılan avtomobillərdən biri də diqqət çəkib.

Hit.az xəbər verir ki, söhbət “BYD Leopard 8” modelindən gedir.

Həmon maşın 95 min manata satılır. 2025-ci il istehsalı olan model cəmi 16 min 200 kilometr gedib. Onun mühərrik həcmi isə 2.0 Litrdir. Avtomobildə zolaqdan ayrılma xəbərdarlığı, enerji bərpa sistemi, avtomatik parkinq, uzaqdan idarə olunan parkinq, işıqforun tanınması, işıq sensoru, oturacaqların isidilməsi-soyudulması, anti-roll sistemi, arxa və irəli toqquşma xəbərdarlığı kimi müasir üstünlüklərə sahibdir. Onun 0-dan 100 km/saat sürətlənməsi isə cəmi 4,8 saniyədir. 

Pərviz

0