"Beynəlxalq sularda ABŞ gəmilərinə 100 metrlik məsafəni pozaraq yaxınlaşan gəmilər təhdid olaraq qəbul ediləcək və onlara qarşı müdafiə prosedurları tətbiq ediləcək".
HİT.Az Publika.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir:
"Xüsusilə, İrana və Çinə aid olan hərbi gəmilər beynəlxalq sularda ABŞ gəmiləri ilə qarşı-qarşıya gəldiyi zaman 100 metrlik məsafəni pozmamalıdırlar. Əks halda, təhdid kimi qəbul olunacaq və onlar hüquqi müdafiə tədbirlərinə məruz qala bilərlər.
Publika.az