ABŞ-da ictimai nəqliyyatda maskaların istifadəsi məcburi olacaq

DÜNYA
22:11 / 31.01.2021
594

ABŞ Daxili Təhlükəsizlik Naziri vəzifəsini icra edən David Pekoske koronavirus pandemiya ilə mübarizə tədbirləri çərçivəsində ölkə daxilində ictimai nəqliyyatda məcburi qoruyucu tibbi maskaların taxılması ilə bağlı tapşırıq verib.

HİT. Az bildirir ki, bu barədə qurumun press-relizində deyilir.

Qeyd olunub ki, məsələ ABŞ prezidenti Cozef Baydenin 21 yanvar tarixli fərmanında da öz əksini tapıb. 

Dövlət başçısının fərmanına əsasən, ABŞ hakimiyyəti vətəndaşları ictimai nəqliyyatda və federal hökumətə aid ərazilərdə tibbi maskadan istifadə etməyə təşfiq etməlidir.

0