Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

DÜNYA
21:50 / 22.06.2021
1224

Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

HİT.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Meyit Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 584-ə çatıb.

1