Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənəd imzalayacaq - İDDİA

DÜNYA
11:27 / 23.06.2021
2773

Yaxın gələcəkdə Ermənistan və Rusiya rəhbərliyi Ermənistanın Geqarqunik vilayətinin Sotk-Xoznavar hissəsində rus sülhməramlılarının yerləşdirilməsi barədə razılığa gələcək. Bundan sonra isə qoşunlar Qarabağdan çıxarılacaq. 

HİT.Az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. 

Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bir gün əvvəl bu barədə danışıqların aparılması faktını təsdiqləyib. “Məqsədimiz Azərbaycan bölmələrini heç bir qarşıdurma olmadan sərhədə çəkməkdir. Lazım gələrsə, Rusiya tərəfi ilə əməkdaşlıq edəcəyik”, - deyə Davtyan bildirib.

Nəşr daha sonra yazır: “Baş Qərargah rəisinin suveren ərazimizin başqa bir dövlətin sülhməramlılarına verilməsi barədə "qorxulu" açıqlamasından yalnız erməni hərbçilərinin geri çəkiləcəyi açıq-aşkar görünür. Güman ki, payızda Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü həqiqətən tanıyan bir müqavilə imzalayacaq”.

VÜQAR

1
oxu.az