Soyuq müharibənin isti mərhələsi - Rusiyanı hansı təhlükə gözləyir?

DÜNYA
11:38 / 01.07.2021
1661

“Soyuq müharibə artıq isti mərhələyə qədəm qoyub. Bunu “Sea Breeze” hərbi təlimləri də təsdiqləyir. Bunun fonunda Rusiya müasir silahların, xüsusən də hava hücumundan müdafiə sistemlərinin sayını artırmağı davam etməlidir”. 

HİT.Az xəbər verir ki, bunu tanınmış hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

O deyib ki, Rusiya Qərbdəki partnyorlarının sözlərinə etibar etməməlidir: “Görürük ki, soyuq müharibə artıq isti mərhələyə keçib. “Sea Breeze” təlimləri NATO-nun Ukrayna üzərindən Rusiyaya qarşı müharibəyə başlamasının genişmiqyaslı təqdimatıdır”.

Onun sözlərinə görə, Rusiya mümkün ssenariləri nəzərdən keçirməklə özünün yeni silahlarının və hərbi texnikasının sayını artırmalıdır. Ekspert qeyd edib ki, hazırda bu proses 70 faiz səviyyəsindədir: “Birmənalı olaraq, bu işləri Qara dənizdə davam etdirməliyik. Dənizdə yeni gəmilər istifadəyə verməli, onları yeni silahlarla təhciz etməli və sahillərin qorunması işini gücləndirməliyik”.

Korotçenko Qara dənizdə Rusiya üçün ən böyük təhlükə kimi NATO gəmilərini görür: “Həmin gəmilər yeni nəsil zərbə raketləri ilə təhciz olunub, “Tomoqavk” qanadlı raketləri ilə eyni səviyyəyə malikdirlər. Bundan başqa, Türkiyə Ukraynaya yeni “Bayraktar” PUA-ları satıb. Hətta Kiyevlə birlikdə onun istehsalını təşkil etməyi qərarlaşdırıb. Buna görə də, havadan müdafiə sistemlərini gücləndirmək lazımdır. Son günlər belə məlumatlar dolaşır ki, Ukrayna Qara dənizdəki donanmasından Kerç boğazından çəkilmiş körpünü vurmağı düşünür. Ona görə də, HMQ-ni gücləndirməli, onları qanadlı raketlərlə təhciz etməliyik”.

VÜQAR

0