Erməni hərbçilərinin olduğu təyyarə Bakıdan Yerevana uçdu

DÜNYA
23:40 / 03.07.2021
1486

Xəbər verdiyimiz kimi, Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

Həmin erməni hərbçilərinin olduğu təyyarə Bakıdan Yerevana uçub. 

Məlumata görə, onları Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov müşayiət edir.

15 erməni hərbçidən ibarət əvvəlki qrup iyunun 12-də Ermənistana qayıdıb. Erməni hərbçilərinin təhvil verilməsi Azərbaycan-Gürcüstan sərhədində olub. Onda Ağdamın mina xəritələri Azərbaycan tərəfinə təqdim edilmişdi.

4