Həccə gedənlərə xəbərdarlıq - Cərimələnə bilərsiz

DÜNYA
14:15 / 05.07.2021
1554

Səudiyyə Ərəbistanı builki Həcc mövsümü üçün COVID-19-a qarşı ehtiyat tədbirlərini ehtiva edən təhlükəsizlik planını təsdiqləyib.

SPA-nın xəbərinə görə, ölkənin Səudiyyə Daxili İşlər Nazirliyi zəvvarların təhlükəsizliyini və sağlamlığını təmin etmək üçün müqəddəs dini məkanlara icazəsiz girməyə çalışan hər kəsi 10.000 rial (2.666 dollar) cərimələyəcək.

Nazirlik indidən yaydığı müraciətdə insanları qadağalara riayət etməyə çağırıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2021-ci ildə də pandemiya ucbatından kütləvi ziyarəti qadağan edib. Həcc mövsümündə ziyarət izni yalnız 60.000 nəfərə şamil olunacaq. Onların hamısı yerli sakinlərdir.

0
yenisabah.az