Bayden ABŞ-ın Əfqanıstandakı hərbi missiyasının bitəcəyi tarixi açıqladı

DÜNYA
23:35 / 08.07.2021
1303

ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-i bitəcək.

HİT.az "TASS"a istinadən xəbər verir ki, bunu Ağ Evdə çıxışı zamanı ABŞ Prezidenti Cozef Bayden deyib.

"ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-i bitəcək. Əfqanıstanın gələcəyini müəyyənləşdirmək - bu ölkənin öz xalqının vəzifəsidir. ABŞ Əfqanıstan təhlükəsizlik qüvvələrinə maliyyə, texniki dəstək və Kabilə humanitar yardım göstərməyə davam edəcək" - C.Bayden bildirib.

Onun sözlərinə görə, ABŞ Əfqanıstanda vəziyyətin sülh yolu ilə nizamlanması üçün çalışacaq və bölgə ölkələri də bu nizamlanmada rol oynamalıdır.

0