Pandemiyanın bitməsi üçün lazım olan vaksinin sayı AÇIQLANDI

20:44 / 14.07.2021
1742

Dünyada COVID-19 pandemiyasının bitməsi üçün 11 milyard doza vaksin lazımdır.

Hit.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

O bildirib ki, dünyanın qlobal vaksinasiya planına ehiyacı var:

"Dünya əhalisinin 70 faizinin peyvənd olunması və COVID-19 pandemiyasına son qoyulması üçün azı 11 milyard doza vaksin lazımdır. Hazırda bütün dünyada, həm də ayrı-ayrı ölkələrdə vaksinlərə çıxış imkanları qeyri-bərabər paylanıb. Həm vaksin istehsalının artırılması, həm də peyvəndlərin ədalətli bölgüsü üçün qlobal vaksinasiya planına ehtiyac var".

1