Rusiya-Ukrayna müharibəsində 35 jurnalist yaralanıb

DÜNYA
17:24 / 15.03.2022
404

Ukraynada müharibə başlayandan ümumilikdə 3 jurnalist ölüb, azı 35 jurnalist yaralanıb.

HİT.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Lüdmila Denisova Telegram kanalında bildirib. 

Onun sözlərinə görə, jurnalist Viktor Dudar Nikolayev yaxınlığında döyüşlər zamanı, teleoperator Yevgeni Sakun Kiyevdə raket hücumu nəticəsində, ABŞ vətəndaşı sənədli film rejissoru Brent Reno isə İrpendəki keçid məntəqəsində öldürülüb.

Bundan başqa, isveçrəli jurnalist Qiyoma Brikenin "press" işarəsi olan zirehli avtomobil Nikolayevə doğru hərəkət edərkən, eyni zamanda iki çex jurnalist Maida Slamova və Voytex Boqaç rus hərbçiləri tərəfindən atəşə tutulub. 

Danimarkalı müxbir Stefan Vayxert və fotoqraf-reportyor Emil Filtenborq Mikkelsen, “Sky News” qrupunun aparıcı müxbiri Stüart Remzi və onun dörd həmkarı Kiyevə qayıdarkən güllə yarası alıblar. Güllə Remzinin kürək nahiyəsindən dəyib.

L.Denisova əlavə edib ki, Rusiya ordusu ələ keçirdiyi ərazilərdə televiziya studiyalarını dağıtmağa cəhd edir, teleqüllələri atəşə tuturlar. //lent.az

0