Paytaxtın Hövsan qəsəbəsində təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Hit.az xəbər verir ki, 8 Noyabr küçəsində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Məhdudiyyətlə əlaqədar marşrutların hərəkət istiqamətləri belə müəyyən edilib:
120 – Elman Qasımov küçəsi – Səməd Vurğun parkı;
120E – Hövsan yaşayış kompleksi (MİDA) – Səməd Vurğun parkı;
121E – Elman Qasımov küçəsi – "Əhmədli” metro stansiyası.
Dəyişikliklər təmir işləri başa çatanadək qüvvədə olacaq.


