Zelenski Türkiyə istehsalı olan zirehli geyimlə qorunacaq

17:58 / 20.04.2022
1277

Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank Rusiya-Ukrayna gərginliyinin ilk günlərində alınan müraciət əsasında prezident Zelenski və komandası üçün 20 qoruyucu dəbilqə və jilet göndərildiyini bildirib.
 
HİT.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir Rusiya-Ukrayna müharibəsindən sonra hərbçilərin qoruyucu vasitələrinin ön plana çıxdığına diqqət çəkib:
 
"Müdafiə güclərimizi qoruyan həyati əhəmiyyətli vasitələrin istehsalı ilə yanaşı, bu məhsulların ixracı da çox əhəmiyyətlidir. Bu, ölkəmizin istehsal baxımından gəldiyi nöqtəni göstərməkdədir. Mən Türkiyənin müdafiə sənayesində özəl sektorun pozduğu bu məqamı görməkdən çox məmnunam. Yozgatda çoxlu hərbi texnika istehsal edilərək dünyanın əllidən çox ölkəsinə göndərilir”. //sfera.az

0