DÜNYA
11:13 / 23.06.2022
156

Prezident Tatar TÜRKSOY-un keçmiş baş katibi Düsen Kaseinovu qəbul edib

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) keçmiş baş katibi Düsen Kaseinovu qəbul edib.

Bu barədə Hit.az-a KKTC-nin Bakıdakı Daimi Nümayəndəliyindən məlumat verilib.

Qəbuldakı çıxışında Ersin Tatar TÜRKSOY camiəsində Kıbrıs türklərinin də yeri olduğunu bildirərək, KKTC-nin TÜRKSOY-a müşahidəçi üzv kimi qəbul edildiyini xatırladıb.

Prezident Tatar “sənətçi və yazarlarımızın illərdir müxtəlif fəaliyyətlərlə məşğul olduğunu” ifadə edərək, “ŞKTC Türk Cümhuriyyətlərinin Şərqi Aralıq dənizindəki təmsilçisidir” deyib.

Ersin Tatar, “Ümid edirəm ki, KKTC-də bir qəsəbə gələcəkdə mədəniyyət paytaxtı elan ediləcək, qürur mənbəyi olacaq. KKTC türk dövlətidir. Kıbrıs türk xalqı da öz mədəniyyətini və sənətini yaşatmağa çalışır”, deyib.

Tatar Düsen Kaseinova səfərinə görə təşəkkür edib, ona işlərində uğurlar arzulayıb.

Qəbulda Prezidentin siyasi məsələlər üzrə müşaviri Anıl Kaya da iştirak edib.

0