DÜNYA
17:59 / 25.01.2023
321

Avropa ölkələri Ukraynaya 80 “Leopard 2” tankı verəcək

Ukrayna Avropadan ümumilikdə 80 “Leopard 2” tankı qəbul edəcək.

APA xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri məlumat yayıb.

Bildirilib ki, Avropa ölkələri Ukraynaya hər biri 40 tankdan ibarət olan iki tank batalyonu təmin etmək istəyir, ABŞ isə daha bir tank batalyonu hazırlayacaq.

Məlumatda vurğulanıb ki, alman tankları martın sonunadək Ukraynaya çatdırıla bilər.

0