Müharibədən sonra da Ukraynaya silah tədarükü davam edəcək

12:35 / 22.05.2023
279

"Ukrayna müharibə bitdikdən sonra da Qərb istehsalı olan silahları almağa davam edəcək". 

Poliqon xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts "Welt" telekanalına açıqlamasında deyib.

"Gələcəkdə biz təhlükəsizlik zəmanətləri haqqında da danışmalı olacağıq, bu aydındır. Bu təhlükəsizlik təminatlarına gələcəkdə Ukraynanı nə qədər silahla təchiz edəcəyimiz sualı daxildir. Müharibədən sonra Ukrayna Qərb istehsalı olan silahlarla təchiz olunacaq", deyə kansler bildirib.

Şolts əlavə edib ki, münaqişə bitmədiyi üçün Qərb ölkələri hələlik Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etmir.

Samir

0