İsraillə HƏMAS arasındakı müharibə hansı halda bitəcək? - ŞƏRH 

DÜNYA
13:25 / 27.11.2023
361

"İsraillə HƏMAS arasında olan müharibə Yaxın Şərqin ən ziddiyətli və qanlı müharibələrindən biridir".

Bu sözləri siyasi şərhçi Rüstəm Tağızadə HİT.az-a açıqlamasında deyib. 

O vurğulayıb ki, HƏMAS terror qruplaşmasıdır:

338675

"Üstəlik, HƏMAS müxtəlif böyük ölkələr tərəfindən maliyyələşdirilir. Burada İranı xüsusi qeyd etmək lazımdır. İranın proksi qüvvəsi olan HƏMAS İsraillə müharibədə olduqca təşkilatlanmış və silahlanmış formada çıxış edir". 

Ekspertin sözlərinə görə, HƏMAS qüvvələrinin xəstəxanaların və ya məscidlərin altındakı yeraltı tunellərdən istifadə etməsi müharibənin uzanmasına səbəb olur:

"Müharibənin 2023-cü ilin sonuna kimi bitib-bitməyəcəyini indidən proqnozlaşdırmaq olmaz. Çünki bu, məlum məsələ deyil. Ancaq İsrail güclü hücumlar edər, eləcə də yeraltı tunellerdəki terrorçuları və onların bazalarını məhv edərsə, müharibə başa çata bilər".

Həmsöhbətimiz qeyd edib ki, Benyamin Netanyahunun keçmiş hərbçi və antiterror əməliyyatlarında təcrübəsi olduğunu nəzərə almaq lazımdır:
"Düşünürəm ki, İsrailə əsas mane yaradan mülki əhalidir. Ona görə də, İsrail hərbçiləri ehtiyatlı hərəkət edirlər. Lakin HƏMAS-ın zərərsizləşdirilməsi üçün bütün mümkün imkanlardan da istifadə olunur". 

Pərviz

0