Britaniya ordusunda 22 milyard dollarlıq kəsir

DÜNYA
14:05 / 04.12.2023
312

Böyük Britaniyanın Müdafiə Nazirliyi növbəti 10 il ərzində yeni silah və avadanlıqlar üçün büdcə kəsirini 16,9 milyard funt-sterlinq (təxminən 22 milyard dollar) səviyyəsində qiymətləndirib. 

HİT.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) yazıb.

Krallığın Müdafiə Nazirliyi bunun 2012-ci ildə ilk dəfə dərc edildiyindən bəri 10 illik proqnozlarında ən böyük çatışmazlıq olduğunu təxmin edir. Ən pis halda kəsir 29,8 milyard funt-sterlinqə çata bilər.

Qeyd olunur ki, kəsirin əsas səbəblərindən biri nüvə və dəniz proqramlarına çəkilən xərclərin artması olub və bu xərclər birlikdə 54,6 milyard funt sterlinq artıb. Müdafiə Nazirliyinin hesabatında bildirilir ki, Böyük Britaniyada inflyasiyanın sürətli yüksəlişi xərclərin artmasına səbəb olub. 

Samir

0