Fransada Makronun impiçmenti üçün petisiya açıldı

11:00 / 29.02.2024
228

Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot Fransa hökumətini ölkə prezidenti Emmanuel Makrona impiçment elan etməyə çağırıb. 

HİT.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Filippo Makronun Fransaya nifrət etdiyi və onu III Dünya müharibəsinə sürükləməyə çalışdığı fikrini ifadə edib.

"Parlamentarilərin nəhayət hərəkətə keçmələri üçün milli petisiya! Konstitusiyanın müharibə məsələsi üzrə səsə qoyulmasını tələb edən 35-ci maddəsi və 68-ci maddəsi: onu impiçment edin!", deyə siyasətçi yazıb.

Fevralın 26-da Makron Avropa İttifaqı ölkələrindən Ukraynaya qoşun göndərmə ehtimalını etiraf edib. O bildirib ki, Parisdə keçirilən konfransda Aİ ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsi imkanları müzakirə olunub.

Fransa liderinin sözlərinə görə, Aİ qoşunlarının Ukraynaya göndərilməsi məsələsi Qərb ölkələrinin liderləri tərəfindən müzakirə edilib, lakin hələlik konsensus əldə olunmayıb.

Samir

0