Türkiyə müxalifətinin 2028-ci il namizədi: İmamoğlu, yoxsa Yavaş?

DÜNYA
11:44 / 08.04.2024
165

Türkiyə müxalifəti yerli seçkilərdə qalib gəldikdən sonra 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədin müzakirəsinə başlayıb. 

Poliqon xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb. 

Qəzet qeyd edir ki, Ankara və İstanbulun yenidən seçilən bələdiyyə sədrləri Mansur Yavaş və Əkrəm İmamoğlunun namizədliyi gündəmə gəlib.

"Həm Əkrəm İmamoğlu, həm də Mənsur Yavaş yerli seçkilərdə parlaq uğur qazandılar. İndi gözlər 2028-ci ildə keçiriləcək prezident seçkilərinə çevrilib. Prezidentliyə namizədin kimin - Əkrəm İmamoğlu və ya Mənsur Yavaş olacağı ilə bağlı müzakirələr başlayıb", deyə "Hürriyet" yazıb.

Məqalədə qeyd edilir ki, 2019-cu ildən etibarən Əkrəm İmamoğlunun prezidentliyə namizəd olmaq istəyi hamıya məlumdur.

"Kamal Kılıçdaroğlu (Ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri-red.) son seçkilərdə ona mane oldu... Bununla belə, Mənsur Yavaş da əhalidən böyük dəstək alır", deyə nəşr əlavə edir.

Qeyd edək ki, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 31 mart bələdiyyə seçkilərindən əvvəl bunun onun üçün son seçkilər olacağını bildirib.

Xatırladaq ki, martın 31-də Türkiyədə yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. İlkin məlumatlara görə, müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) son 20 ildə ilk dəfə hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qalib gəlib. Həmçinin əksər böyük şəhərlərdə CHP qalib gəlib, Ankara, İstanbul və İzmirin müxalif bələdiyyə sədrləri öz postlarını qoruyublar.

Samir

0