Rusiya Polşaya hücum edə bilərmi? - Prezidentdən açıqlama

DÜNYA
14:36 / 08.04.2024
160

Polşa prezidenti Anjey Duda hesab edir ki, yaxın bir neçə ildə respublikaya Rusiyadan birbaşa hücum təhlükəsi yoxdur. 

HİT.az xəbər verir ki, Polşa lideri bu fikri “Dziennik Gazeta Prawna” qəzetinə müsahibəsində bildirib.

"Heç bir təhlükənin olmadığını söyləmək mümkün deyil. Eyni zamanda, Rusiyanın Polşaya hücumu əlaməti realdırmı? Xeyr", deyə Duda nəşrin jurnalistinin növbəti bir neçə ildə Rusiyanın Polşaya hücumunu real hesab edib-etməməsi ilə sualına cavab verib. 

Polşa dövlətinin başçısı vurğulayıb ki, Varşava öz müdafiə potensialını gücləndirə bilsə, təcavüzə müqavimət göstərə biləcək.

Polşa vətəndaşlarının 40%-dən çoxu Duda ilə eyni fikirdədir. Bunu martın əvvəlində TOK FM radiostansiyasının sifarişi ilə Ipsos mərkəzinin keçirdiyi sosioloji sorğunun nəticələri sübut edir.

Fevralın 5-də respublikanın müdafiə naziri Vladislav Kosinyak-Kamış belə bir fikir bildirib ki, NATO ölkələri xüsusi hərbi əməliyyat zamanı Rusiyanın hücumunun intensivləşməsi ilə bağlı istənilən ssenariyə hazır olmalıdırlar. Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib ki, Rusiya təhlükəsi ilə bağlı bütün bəyanatlar adi insanlar üçün dəhşət hekayələridir. Onun sözlərinə görə, Rusiyanın nə Polşada, nə də Latviyada maraqları yoxdur. 

Polşaya qoşun yeridilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Putin qeyd edib ki, bu, yalnız bir halda mümkündür: Polşadan Rusiyaya hücum olarsa.

Samir

0