Keşişin arxasında hansı qüvvələr dayanır? - ŞƏRH

DÜNYA
14:42 / 03.06.2024
385

"Ermənistanda keşiş Baqrat Qalstanyanın üsyanı davam edir. Bu üsyanın spesifik xüsusiyyətləri var". 

Bu sözləri politoloq Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib. 

O xatırladıb ki, Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan məhz meydan hərəkatından sonra iqtidarı ələ keçirdi:

"İndi də Keşiş Baqrat bu üsuldan istifadə etmək istəyir. Hətta o, Baş nazir Nikol Paşinyanı görüşə çağırdı. Təbii ki, Paşinyan keşişlə görüşə getmədi. Çünki, bu Baş nazirin reputasiyasına ciddi zərbə olardı. Nəzərə alaq ki, 2018-ci ildə məhz Paşinyan Serj Sarkisyanla görüş keçirmişdi". 

Ekspert qeyd edib ki, meydan hərəkatı ilə hakimiyyətə gəlmək istəyən keşiş də Paşinyanın metodlarından istifadə etmək istəyir:

"Keşişin siyasi savadı da azdır. Düzgün siyasi platforması olmayan keşiş ancaq kor təbii olaraq küçələrə çıxaraq əhalini Paşinyana qarşı qaldırmaq istəyir". 

Rüstəmova Tağızadə keşişin arxasında hansı qüvvələrin olması barədə də danışıb:

"Kilsə Ermənistanda hər zaman güclü mövqeyə sahib olub. İndiki vəziyyətdə keşişi hakimiyyətin üstünə qaldırmaqda maraqlı qüvvələr vardır. Keçmiş prezident Robert Köçəryan hakimiyyətə bu işləri yönəltməkdə adı hallanır. Halbuki, keçmiş Qarabağ seperatçılarının xalq arasında nüfuzu xeyli zəifdir. 

Burada Rusiya faktorunu da qeyd etmək lazımdır. Ermənistanda böyük marağı olan bu dövlət qərbyönümlü siyasət aparan Paşinyana qarşıdır. Son illər ərzində olan proseslər də Rusiya ilə Ermənistan arasında olan gərginliyi açıq-aydın göstərir".

Onun sözlərinə görə, indiki məqamda keşiş üsyanı güclü sayılmasa da Baş naziri ehtiyatlı olmağa sövq etdi:

"Fikrimcə, keşiş lazım olan qədərə əhalini öz ətafına cəlb edə bilməyib. Məhz buna görə də Paşinyan bu mübarizədə güclü tərəf sayılır. Baş nazirə qarşı indiki məqamda olan çağırış və aksiyalar həm də Azərbaycan və Ermənistan münasibələrinə də ciddi zərbə vurmağa yönəlib. Bu, kilsə hakimiyyətinin başlıca siyasətidir". 

Pərviz

0