Trampı vuran şəxsin telefonunda üç "problemli" şifrəli platforma tapıldı

DÜNYA
12:19 / 19.07.2024
285

Federal Təhqiqatlar Bürosunun (FTB) rəsmiləri hələ də ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən Tomas Metyu Kruksun telefonunda tapılan bir neçə şifrəli platformaya daxil ola bilməyiblər. 

HİT.az xəbər verir ki, bu barədə "CBS News" mənbələrə istinadən yazıb.

"Mənbələr bildiriblər ki, məmurlar qanunvericilərə üç şifrələnmiş platformanın müstəntiqlər üçün problem yaratdığını və deşifrəni açmaq üçün vaxt apara biləcəyini bildiriblər", deyə qəzet yazıb.

Qeyd edək ki, 20 yaşlı Tomas Metyu Kruks iyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı ABŞ prezidentliyinə namizəd Donald Trampa atəş açdıqdan sonra Gizli Xidmət agentləri tərəfindən güllələnərək öldürülüb. Trampın özü yalnız yüngül qulağı zədəsi alıb, onun arxasında dayanan bir nəfər sui-qəsd nəticəsində ölüb, daha iki nəfər isə ağır yaralanıb.

İyulun 17-də bildirilib ki, FTB yüzdən çox insanla sorğu keçirərək, Pensilvaniyada mitinqdə ABŞ-ın keçmiş prezidentini güllələyən Tomas Metyu Kruksun motivlərini müəyyən edə bilməyib. Amerika kəşfiyyat orqanları təcavüzkarın telefonuna giriş əldə edib, onun kompüterini, evini və avtomobilini yoxlayıblar, lakin bu, Kruksu nəyin motivasiya etdiyini və onun niyə silaha əl atdığını anlamaqda hələlik heç bir irəliləyiş əldə etməyə kömək etməyib.

Samir

0