Selçuk Bayraktardan “Windows”un çökməsinə reaksiya

DÜNYA
15:59 / 19.07.2024
184

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dünya üzrə “Windows” əməliyyat sisteminin çökməsinə münasibət bildirib.

 Bayraktar bununla bağlı feysbuk hesabında paylaşım edib. 

Onun sözlərinə görə, vahid əməliyyat sistemi, vahid axtarış sistemi, bir neçə sosial media platforması – bunlardan birinin çökməsi belə dünyada müxtəlif dövlətlərin kritik infrastrukturunun çökməsinə səbəb ola bilir:

“Bəzən bütün dünyaya firavanlıq gətirməsi gözlənilən yüksək texnologiya və innovasiyalar dünya sisteminin bloklanmasına gətirib çıxarır. Yüksək texnologiyalar qlobal miqyasda bir əldə toplaşdığında vəziyyət bu qədər həssas xarakter alır. Texnologiyanın hər sahəsində müstəqillik cəmiyyət üçün vazkeçilməzdir”.

0
Qafqazinfo