2008-ci müharibəsi: Kobaxidze Saakaşvilini cinayətkar adlandırdı, Rusiya ilə sülhdən danışdı

DÜNYA
16:26 / 08.08.2024
206

Gürcüstan hökuməti istisna etmir ki, 2008-ci ildə Rusiya Federasiyası ilə münaqişənin baş verməsi hallarını aydınlaşdırmaq üçün prokurorluğa və ya Konstitusiya Məhkəməsinə müraciət edə bilər. 

HİT.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Hüquqi forma (2008-ci ildə Rusiya Federasiyası ilə Gürcüstan arasında münaqişənin şərtlərinin aydınlaşdırılması-red.) fərqli ola bilər. Ola bilsin ki, prokurorluğa müraciət olsun", deyə Nazirlər Kabinetinin rəhbəri vurğulayıb.

O, həmçinin Gürcüstan parlamentində istintaq komissiyasının yaradılmasını, qeyd olunan məsələ ilə bağlı ölkənin Konstitusiya Məhkəməsinə müraciət edilməsini istisna etməyib. Kobaxidzenin sözlərinə görə, Gürcüstanın o zamankı prezidenti Mixail Saakaşvilinin "cinayəti" sona qədər araşdırılmalıdır.

Kobaxidze deyib ki, Abxaziya və Cənubi Osetiya əraziləri gələcəkdə sülh yolu ilə ölkəyə qayıdacaq: "Biz hamımız ən ağır faciəli günləri xatırlayırıq, lakin bu günlər həm də hərbçilərimizin göstərdiyi böyük qəhrəmanlığı nəzərə alaraq bizi qürurla doldurur və əlbəttə ki, biz onlara bir daha hörmət etməyə borcluyuq".

Onun sözlərinə görə, hərbçilərin qəhrəmanlığı izsiz ötüşməyəcək və Gürcüstanın ərazisi bərpa olunacaq. O, bərpanın dinc yolla aparılacağını açıqlayıb.

Avqustun 8-i 2008-ci ildə Tiflisdən Cənubi Osetiyanın paytaxtı Sxinvalinin kütləvi atəşə tutulması nəticəsində başlayan Rusiya-Gürcüstan münaqişəsinin başlanmasının ildönümüdür. Döyüşlər cəmi beş gün davam edib, onun nəticəsi Gürcüstan və Rusiya arasında diplomatik münasibətlərin kəsilməsi, eləcə də Moskvanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması olub.

Samir
 

0