Amerikalı kəşfiyyatçı: "NATO və Aİ 10 il ərzində yox olacaq"

DÜNYA
17:14 / 13.09.2024
187

NATO və Avropa İttifaqı (Aİ) yaxın 10 il ərzində yox ola bilər. 

HİT.az xəbər verir ki, bunu keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter “Through the Eyes of” YouTube kanalına müsahibəsi zamanı deyib.

O qeyd edib ki, Türkiyə son zamanlar xarici siyasətinə yenidən baxmağa başlayıb. Respublika rəhbərliyi Avrasiyaya yönəlib və əslində NATO və Aİ timsalında "batan gəmilər"in bir hissəsi olmayacağını göstərib.

“Bu, NATO-nun sonu oldu. İnanıram ki, NATO 10 ildən az müddətdə mövcudluğunu dayandıracaq və Aİ bu müddət ərzində hətta sağ qala da bilməz", deyə Ritter vurğulayıb.

Sentyabrın 2-də “Bloomberg” mənbələrə istinadən xəbər verib ki, Türkiyə rəsmi olaraq BRİCS-ə qoşulmaq üçün ərizə təqdim edib. Jurnalistlərin fikrincə, respublika beynəlxalq aləmdə nüfuzunu gücləndirmək və ənənəvi Qərb müttəfiqlərindən başqa digər dövlətlərlə də əlaqələr qurmaq üçün bu təşkilata qoşulmaq istəyir.

Sentyabrın 10-da “Haber Global” telekanalı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcəyi barədə xəbər yayıb. Tədbir oktyabrın 22-dən 24-dək baş tutacaq.

Samir

0