"Rusiya prezidenti Vladimir Putin ölkəni böyük dövlətə çevirmək istəyir, bazar iqtisadiyyatına keçib, lakin onun rəhbərliyi altında ruslar layiqli həyatdan məhrumdurlar".
HİT.az xəbər verir ki, bu fikri Almaniyanın keçmiş kansleri (2005-2021) Angela Merkel “The Rest Is Politics” podkastında bildirib.
O, tez-tez Rusiyaya demokratiyanı necə gətirmək barədə düşündüyünü deyib:
"1990-cı illərdə müəssisələrin özəlləşdirilməsi insanlara sərvətlərin bölüşdürülməsində iştirak etməyə imkan verib, lakin əksəriyyəti tez pul qazanmaq şansından istifadə etdi və sonra pulu xərclədi və ya səhmləri verdi. Bu, Rusiyada orta sinifin və kiçik biznesin praktiki olaraq inkişaf etməməsinə gətirib çıxardı".
Eyni zamanda o qeyd edib ki, Putin rusları xaosdan, oliqarxların gücündən və iqtisadiyyatın zülmündən çıxarıb və Rusiyanı bazar iqtisadiyyatına keçirib.
Keçmiş kansler Rusiya prezidentinin onun üçün 20-ci əsrin ən pis hadisəsinin SSRİ-nin dağılması olduğu barədə sözlərini xatırladıb. Merkel nasizm və nasional-sosializmi ötən əsrin ən dəhşətli hadisələri hesab edirdi.
Merkelin sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyatın başlanmasının səbəblərindən biri Sovet İttifaqının dağılması və Berlin divarının yıxılmasından sonra Rusiyanın zəifləməsi ilə bağlı hiddət olub. Alman siyasətçi deyib ki, buna səbəb Putinin “Rusiyanı böyük gücə çevirmək” istəyidir. O qeyd edib ki, Rusiya lideri iqtisadiyyatı yaxşı başa düşür, ona görə də o, DTK-da öyrəndiyi metodlardan istifadə edərək bu gücü çox tez bərpa edib.
Samir