Bu gün tarixin vərəqlərində 14 sentyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
14 sentyabr bir sıra görkəmli şəxsin doğum günüdür. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfatı bu günə təsadüf edir. Beləliklə, tarixin 14 sentyabrına nəzər salırıq.
14 sentyabrda baş verənlər:
2012-ci ildə Bakıda “Bakcell Arena” stadionunun açılışı olub. 1829-cu ildə Osmanlı İmperiyası ilə Rusiya İmperiyası arasında Ədirnə müqaviləsi imzalanıb. 1867-ci ildə Karl Marksın “Kapital” kitabının birinci cildi nəşr olunub. 1933-cü ildə Türkiyə ilə Yunanıstan arasında “Dostluq” müqaviləsi imzalanıb.
14 sentyabrda doğulanlar:
1988-ci ildə kapitan, Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayev, 1939-cu ildə yazıçı və dramaturq Aslan Qəhrəmanlı, 1941-ci ildə kinorejissor Teymur Bəkirzadə, 1986-cı ildə mayor Sadiq Həsənov doğulub. Bu gün eyni zamanda, GM Media-nın rəhbəri, Hit.az saytının baş redaktoru Gülnarə Məmmədovanın doğum günüdür.
Həmçinin, 1859-cu ildə Latviyanın 1-ci prezidenti Yanis Çaqste, 1914-cü ildə italiyalı kinorejissor Pyetro Cermi, 1920-ci ildə amerikalı iqtisadçı Lorens Kleyn, 1928-ci ildə kubalı fotoqraf Alberto Korda, 1965-ci ildə Rusiyanın 3-cü prezidenti Dmitri Medvedyev, 1971-ci ildə türk aktrisa və yazıçı İclal Aydın, 1977-ci ildə braziliyalı futbolçu Aleksandro de Souza, 1979-cu ildə ingilis aktyor Endrü Linkoln, 1983-cü ildə ingilis müğənni Emi Uaynhaus və 1997-ci ildə isveçli müğənni Benyamin İnqrosso dünyaya gəlib.
14 sentyabrda vəfat edənlər:
1991-ci ildə Milli Qəhrəman Ənvər Fərəcov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.
1992-ci ildə Əməkdar artist, aktyor Əli Haqverdiyev, 1992-ci ildə Xalq şairi Hüseyn Arif, 1994-cü ildə neftçi Qurban Abbasov, 1996-cı ildə arxeoloq Fərman Mahmudov və 2021-ci ildə müğənni Yaqub Zurufçu dünyasını dəyişib.
Həmçinin, 1321-ci ildə italiyalı şair və yazıçı Dante Aligyeri, 1523-cü ildə Roma papası VI Adrian, 1927-ci ildə amerikalı rəqqasə Aysedora Dunkan, 1937-ci ildə Çexoslovakiyanın 1-ci prezidenti Tomaş Masarik, 1966-cı ildə Türkiyənin 4-cü prezidenti Camal Gürsəl və 2009-cu ildə amerikalı aktyor Patrik Sueyzi vəfat edib.
Pərviz


