"The Guardian" qəzetinin xarici siyasət üzrə şərhçisi Saymon Tisdall NATO-nu Rusiyanın raket buraxılış qurğularına və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrinə zərbələr endirməklə hədələməyə çağırıb.
HİT.az xəbər verir ki, o, bu barədə qəzetin saytında dərc olunmuş məqaləsində yazıb.
Onun sözlərinə görə, Qərbin demokratiyaları “əlləri qoynunda oturmamalı”, NATO isə hücuma keçməlidir.
“NATO nəhayət hücuma keçməli, Rusiya dronlarının və raketlərinin buraxılış qurğularına zərbələr endirməklə hədələməli (buna əvvəllər dəfələrlə çağırışlar edilib) və Putini geri çəkilməyə məcbur etməlidir”, deyə o hesab edir.
Bundan əvvəl “The Economist” jurnalının jurnalistləri Kiyevin “Patriot” zenit-raket kompleksləri üçün PAC-3 raketlərinin çatışmazlığı şəraitində cəmi iki seçimə malik olduğunu yazmışdılar. Onlardan biri infrastruktur obyektlərinin gücləndirilməsi, digəri isə raket buraxılış qurğularına zərbələr endirilməsidir.
Avqustun sonunda “Bloomberg”in şərhçisi Mark Çempion da Ukraynadakı vəziyyəti dəyişə biləcək addımlardan birinin Qərb ölkələrinin Rusiya ballistik raketlərinin buraxılış qurğularının məhv edilməsinə yardım göstərməsi olduğunu bildirmişdi.
Sentyabrın 12-də Polşanın xarici işlər naziri Radoslav Sikorski NATO-nu Kalininqrad vilayəti yaxınlığında “aqressiv təlimlər” keçirməyə çağırıb.
Samir


