HƏMAS nağd pul pul tapa və döyüşçülərə maaş verə bilmir

DÜNYA
18:15 / 17.04.2025
98

Fələstinin HƏMAS qruplaşması kəskin nağd pul çatışmazlığı yaşayır. 

HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" Amerika və İsrail kəşfiyyat orqanlarındakı mənbələrə istinadən yazıb.

Bildirilir ki, maliyyə kanallarının işi İsrail ordusunun zərbələri və kəşfiyyat xidmətlərinin hərəkətlərindən sonra nəzərəçarpacaq dərəcədə pisləşib. Son həftələrdə onlar HƏMAS rəhbərliyi üçün Qəzza zolağına valyuta tədarük edən vasitəçilərdən birini sıradan çıxarıblar.

Nəticədə terror qruplaşmasının bir çox yüksək rütbəli üzvləri son bir ayda maaşlarının yalnız yarısını alıblar. Ayda 200-300 dollar alan adi döyüşçülər ödənişlərin gecikməsindən əziyyət çəkirlər. WSJ qeyd edir ki, HƏMAS vəsait toplaya bilsə belə, onları sıravi üzvlər arasında bölüşdürmək getdikcə çətinləşir.

Nəşr Qəzza üzrə iqtisadi ekspert Eyal Ofirdən sitat gətirir: "Hazırda vəsaitlərin bölüşdürülməsi imkanları son dərəcə məhduddur. Adətən yaraqlılar üçün pul xüsusi kuryer vasitəsilə çatdırılır, yaxud nağdlaşdırma məntəqəsi yaradılır, lakin indi belə kuryerlər və ya məntəqələr getdikcə daha çox İsrail qoşunlarının hədəfinə çevrilir".

Samir

0