Danimarkada ənənəvi küçə işıqlandırması dəyişdirilməyə başlanıb: ağ işıq qırmızı ilə əvəz olunur. Məqsəd gecə aktiv olan heyvanlara, xüsusilə yarasalara mənfi təsiri azaltmaqdır.
HİT.az xəbər verir ki, bu barədə "Eco News" nəşri yazır.
Layihə Kopenhagen yaxınlığındakı Qladsakse bələdiyyəsində həyata keçirilir. Burada bəzi yol hissələrində standart ağ lampalar qırmızı LED işıqlarla əvəz edilib. Qərarın səbəbi şəhərlərdə süni işıqlandırmanın heyvanların hərəkətinə mane olan “işıq baryerləri” yaratmasıdır.
Araşdırmalar göstərir ki, parlaq ağ, xüsusilə də mavi spektrli işıq yarasaları çaşdırır və onların aktivliyini azaldır. Bu, onları yırtıcılar üçün daha görünən edir və ov şəraitini pozur.
Qırmızı işıq isə əksinə, yarasaların davranışına demək olar ki, təsir etmir və onlar tərəfindən demək olar ki, qaranlıq kimi qəbul olunur. Nəticədə onların adi hərəkət marşrutları və yaşayış şəraiti qorunub saxlanılır.
Eyni zamanda yeni işıqlandırma insanlar üçün kifayət qədər təhlükəsiz olaraq qalır: yollar və velosiped zolaqları sürücülər və piyadalar üçün görünür vəziyyətdədir.
Qeyd olunur ki, bu cür həllər digər Avropa ölkələrində də müzakirə olunur. Şəhərlər getdikcə daha çox təhlükəsizlik tələblərini biomüxtəlifliyin qorunması ilə uzlaşdırmağa çalışır.
Samir


