"Başa düşə bilmirəm ki, problem nədir" - Kallasdan ABŞ-ın Aİ-yə tənqidinə reaksiya

DÜNYA
23:00 / 24.04.2026
42

Avroipa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-ın Aİ-yə ünvanladığı tənqidi, İran ətrafında yaranmış gərginlik və Hörmüz boğazı ilə bağlı vəziyyət kontekstində hələ də anlamadığını bildirib. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, Aİ ABŞ-ın tələblərinə cavab verirsə, problemin nə olduğunu başa düşmək çətindir:

"ABŞ tərəfdaşlarımızla əlaqələrimiz zamanı onların bizdən istədikləri, hərbi əməliyyatların dayandırılmasından sonra edə biləcəyimizlə faktiki olaraq üst-üstə düşür: minaların təmizlənməsi, gəmilərin müşayiəti və artıq müzakirə etdiyimiz digər məsələlər. Buna görə də, əgər biz faktiki olaraq onların tələblərinə cavab veririksə, problemin nə olduğunu başa düşmürəm".

1 apreldə ABŞ prezidenti Donald Tramp “Telegraph” qəzetinə verdiyi müsahibədə NATO-nun İranla əməliyyatda alyansa yardım etməməsindən sonra ABŞ-ın NATO-dan çıxmasını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. O, NATO-nu “kağız pələngi” adlandırıb və bu faktın Rusiya prezidenti Vladimir Putinə də məlum olduğunu əlavə edib.

14 martda Tramp Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və digər ölkələri Hörmüz boğazına gəmilər göndərərək dəniz nəqliyyatının təhlükəsizliyini bərpa etməyə çağırmışdı. Kallas isə həmin vaxt Aİ üzv dövlətlərinin ora hərbi donanma göndərməyə hazır olmadığını bildirmişdi.

Samir

0