Qazaxıstan 2027-ci ildən etibarən enerji istehsal güclərinin inkişafı səbəbindən Rusiyadan elektrik enerjisi idxalını dayandırmağı planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə respublikanın energetika nazirinin müavini Sunqat Esmixanov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əgər 2026-cı ilin sonu – 2027-ci ilin əvvəlində planlaşdırılan bütün enerji obyektləri istifadəyə verilərsə, ölkə növbəti ildən etibarən Rusiya elektrik enerjisi almağa ehtiyac duymayacaq. O, bu açıqlama ilə Qazaxıstanın bu il Rusiyadan nə qədər elektrik enerjisi alacağı ilə bağlı suala cavab verib.
Qeyd olunub ki, Qazaxıstan son illərdə öz enerji güclərinin çatışmazlığı səbəbindən hər il Rusiyadan elektrik enerjisi idxal edir. Bu il ölkədə təxminən 1–1,2 milyard kVt/saat həcmində defisit proqnozlaşdırılır. Rəsmilərin planına görə, 2027-ci ilə qədər bu çatışmazlıq tam aradan qaldırılacaq.
Nazir müavini əlavə edib ki, 2024-cü ildə elektrik enerjisi defisiti 2,1 milyard kVt/saat, 2025-ci ildə isə təxminən 1,5 milyard kVt/saat olub.
Samir

